Müstəqillik Günündə Polad Həşimovu belə yad etdilər — FOTO/VİDEO

SOSİAL 28 may 2023, 14:30
Bu gün ölkəmizdə 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar olaraq 28 May Müstəqillik Günü qeyd olunur.

Demokrat.az xəbər verir ki, Müstəqillik Günü ilə əlaqədar olaraq “166 Yükdaşıma və Logistika” xidməti daha bir örnək layihəyə imza atıb.

Şirkət müstəqilliyimizin əbədi olması uğrunda canından keçən  Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrin general-mayoru şəhid Polad Həşimovun yaşadığı ünvanı ziyarət edib.

“166 Yükdaşıma və Logistika” xidməti, həmçinin “166 Bağban Xidməti” general Polad Həşimovun yaşadığı ünvanda abadlıq işləri görüb.

Onlar öncə şəhidimizin həyətində təmizlik işləri aparıb. Daha sonra isə alınan güllərlə General Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş abidənin ətrafını yaşıllaşdırıb.//Qafqazinfo



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top