İqtisadiyyat Nazirliyi üçün ayrılan xidməti minik avtomobillərinin sayında dəyişiklik edilib

MALİYYƏ 27 may 2023, 13:15
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında qərarda dəyişiklik olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət 3 xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)ndə dəyişiklik olub.

Dəyişikliyə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üçün ayrılan xidməti minik avtomobillərinin say həddi (limiti) 22-dən 27-yə qaldırılıb. 27 avtomobildən aparat üzrə 19-u ayrılıb.

Qeyd olunub ki, əvvəl bu say 14 nəzərdə tutulmuşdu.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top