Xocalının deputatı: "Putinin sözünü kəsdiyinə görə, Paşinyanla bağlı Rusiya tədbirlər görəcək"

GÜNDƏM 26 may 2023, 13:38
"Avrasiya İttifaqının yığıncağında cənab Prezidentimizin qonaq qismində iştirakı və orada Paşinyanın məkirli fikirlərinə tutarlı cavabları və onu susdurub yerində oturtması, Putinin və digər iştirak edən dövlət başçılarının qarşısından Paşinyanı aciz vəziyyətə qoyması hamımızı sevindirir. Prezidentimizin bu yüksək səviyyədə cavabları, cəsarətli fikirləri onu deməyə əsas verir ki, apardığımız siyasət Azərbaycanın parlaq gələcəyinə doğru istiqamətlənib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov deyib. 

Deputat bildirib ki, üçtərəfli görüşdə sənəd imzalanmasa belə, ancaq orada Putinin müəyyən ümidverici fikirləri olub:

"Bir həftə müddətində müəyyən tapşırıqların icrasına qərar verildi. Hesab edirəm ki, Putinlə görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı irəliləyiş nail olundu. Sənədsiz belə olsa, razılıq göz qabağındadır. Təbii ki, bu görüşdə Paşinyanın "Dağlıq Qarabağ" ifadəsi və yaxud Laçın yolu ilə bağlı işlətdiyi fikirlər, Qarabağdakı ermənilərin taleyi, Laçın yoluna beynəlxalq missiyaların dəvət olunması ilə bağlı fikirlərinə də yəqin ki, hamı diqqət yetirdi. Hətta, Putinin sifətində bir istehzalıq yaranmışdır. Yəqin ki, bu da Rusiya tərəfindən cavabsız qalmayacaq. Putinin sözünü kəsdiyinə görə, Paşinyanla bağlı Rusiya müəyyən tədbirlər görəcək. Hesab edirəm ki, bütövlükdə bu görüş Azərbaycan üçün uğurlu oldu".

Deputat qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası da ən önəmli məsələlərdəndir:

"Ancaq hamını narahat edən bir məsələ var. Sülh ilə bağlı sənəd imzalanmışdan öncə mütləq Ermənistan dövlətinin bizim ərazimizdə olan silahlı birləşmələrinin təmizlənməsi gündəmə gəlməli və öz həllini tapmalıdır. Separatçı qurumun ləğvi, məhv olunması və orada ki, 
separatçılar təmizlənməsidir. Bu məsələ dəqiq həllini tapmasa, sülh çətin olacaq. 

Yəqin ki, cənab Prezidentimiz bu məsələni də Putinin nəzərinə çatdırıb. Məsələ budur ki, Rusiya bizim ərazimizdə olan, "sülhməramlı" adlandırılan hərbi kontingentinin fəaliyyəti Azərbaycan üçün yaramaz bir vəziyyətdir. Onlar orada seperatçılarla, cinayətkarlarla, işğalçılarla iş birliyindədirlər. Bu, qəbuledilməzdir. Ya onlar ərazimizdən təmizlənməlidir, ya da sülhməramlı missiyanı həyata keçirilməlidir. Separatçı, işğalçı, cinayət törədənlərlə əməkdaşlıq fəaliyyətində olmamalıdırlar".


Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top