Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

İNFRASTRUKTUR 24 may 2023, 19:06
Bu gün "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.

Demokrat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top