Xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək

DAXİLİ SİYASƏT 23 may 2023, 13:00
Azərbaycanda xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək.

Demokrat.az
-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu təsdiqləməsi ilə mümkün olub.

Belə ki, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.

Digər dəyişikliklə isə səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə biləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top