Təbrizdən olan fəal: “Əhməd bəy Obalıya olan sui-qəsd İranın planlaşdırdığı terror aktıdır”

GÜNDƏM 23 may 2023, 12:25
"Əhməd bəy Obalı “Günaz TV” fəaliyyət göstərdiyi illər ərzində dəfələrlə İran və ona bağlı radikal panfarsist dairələr tərəfindən təhqir, şantaj və hədə qorxulara məruz qalıb. Özəlliklə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının elan olunmasından sonra  panfarsist dairələrə məxsus sosial şəbəkə və informasiya kanallarında Əhməd bəy Obalının və Milli Dövlətçilik Şurası rəhbərliyinin açıq hədəfə çevrildiyinin şahidi olduq".

Bunu Demokrat.az-a açıqlamasında hazırda Finlandiyada yaşayan Təbrizdən olan fəal, siyasi şərhçi Çingiz Göytürk bildirib. 

O bildirib ki, İran rejimi Əhməd bəy Obalıya qarşı hətta fiziki hücum təhdidləri belə onu həqiqətləri deməkdən çəkindirə bilməz:

"Bu isə fars şovinist dairələrinin Azərbaycan milli hərəkatının inkişafı prosesindən və onun nümayəndələrinin fəaliyyətindən, xüsusilə də Əhməd bəy Obalının mübarizəsindən duyduğu təşvişin və düşdüyü çarəsizliyin açıq təzahürüdür. 

Əhməd bəy Obalıya olan sui-qəsd şübhəsiz ki, İran tərəfindən planlaşdırılmış bir terror aktıdır. Bu terror aktının arxasında Əhməd bəy Obalının uzun illərdir apardığı milli-siyasi mübarizədən və onun nəticələrindən qorxuya düşən İran və onun radikal millətçi panfarsist qüvvələri durur".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top