İlham İsmayılov: “Əhməd Obalıya olan sui-qəsd Fazil Mustafaya edilən terrorun başqa versiyasıdır”

GÜNDƏM 22 may 2023, 14:16
Birləşmiş Ştatlarında mühacir kimi yaşayan, GünAz TV-nin rəhbəri Əhməd Obalıya oğlu ilə birlikdə dünən sui-qəsdə cəhd olub. Hadisənin Ə.Obalının Azərbaycandan bir gün əvvəl döndüyü gün baş verməsi müəyyən suallar yaradır. Hadisənin təfərrüatları tam açıklanmasa da, 6 nəfərin saxlandığı bildirilir. 

Bəs ABŞ-da siyasi mühacir Obalıya qarşı bu sui-qəsdi kimlər törədə bilərdi?

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, Əhməd Obalının bu cür qəddarcasına döyülməsi, onun barmaqlarının sındırılması, boyununun qırılmasına edilən cəhdlər bu sui-qəsdin qisas məqsədilə edildiyini təsdiq edir:

“Təbii ki, biz Güneyli  ictimai fəal Obalının bu cür qəddarcasına döyülməsində İran kəşfiyyatının əlinin olacağını güman edirik. Bu hadisə Bakıda İran kəşfiyyatı tərəfindən Fazil Mustafaya edilən terrorun başqa bir versiyasıdır. Məqsəd də Azərbaycanın bütövlüyünə çalışan, bu istiqamətdə müəyyən işlər görən ziyalılara “göz dağı” verməklə, onları susdurmaq, ictimai-siyasi fəallar arasında qorxu yaratmaqdır. Əhməd Obalı bu yaxınlarda Azərbaycanda idi və işğaldan azad olunmuş, İranla sərhəd olan bölgələrimizə də səfər etmişdi, Azərbaycanın bütövlüyü, birliyi ilə bağlı ciddi mesajlar  vermişdi. Təbii ki, onun bu çıxışları İran kəşfiyyatını da ciddi narahat edib”.

İlham İsmayılov ABŞ-ın düşmən kimi baxdığı İran kəşfiyyatının bu ölkədə belə bir sui-qəsd törədə biləcəyini təəssüflə qarşılayıb: 

“Bu sui-qəsdi ABŞ-da törətməklə İran kəşfiyyatı öz gücünü nümayiş etdirmək isdəyir. Bununla səsini boğduğu azərbaycanlıların danışan dillərini susdurmaq isdəyir. 

Əhməd Obalının uzun illər rəhbərlik etdiyi GünAz TV də güneyli soydaşlarımızın haqq səsi, danışan dilidir. lakin  İran anlamalıdır ki, bu cür terror hadisələrilə heç nəyə nail ola bilməyəcək. Nə güneydə, nə quzeydə xalqımızın azadlıq isdəyini, bütövləşmək isdəyini boğa bilməyəcək. Əksinə, İran bu cür hərəkətlərilə öz sonunu yaxınlaşdıracaq".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top