Azərbaycanda yeddi kəndi birləşdirən yol çökdü — VİDEO

DÜNYA 20 may 2023, 19:20
Son günlər cənub bölgəsində yağan güclü yağışlar Lənkəran rayonunda yeddi kəndi birləşdirən 22 km-lik Hirkan-Daştatük- Biləsər yolunda sürüşmələrə səbəb olub.

Nəticədə asfalt örtüyü dağılıb, yolun bir hissəsi 40 sm çöküb.

48 nömrəli yol istismarı” MMC-nin mühəndisi Natiq Cavadov bildirib ki, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür: “Lakin bu, yolun tam təhlükəsizliyi üçün təminat vermir”. O əlavə edib ki, bu məqsədlə müvafiq qurumların mütəxəssisləri işə cəlb ediliblər.

Daha ətraflı Baku TV-nin süjetində:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top