Zelenski İtaliya və Almaniyadan sonra Fransaya yollanır

DÜNYA 14 may 2023, 20:57
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfərə yollanıb.

Şənbə günü Romaya, bu gün isə Berlinə səfərindən sonra onun Parisə gedəcəyi gözlənilir.

Dövlət başçısını Fransanın baş naziri Elizabet Born və xarici işlər naziri Ketrin Kolonna qarşılayacaq.

Bazar ertəsi səhər, mayın 15-də Zelenski Şato de Versalda Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Qeyd edək ki, bu, Ukrayna prezidentinin müharibə başlayandan bəri Fransaya ilk səfəri deyil. Belə ki, bu ilin fevralında Zelenski Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşmək üçün Parisə səfər edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top