Prezident MDB ölkələri ilə imzalanmış protokolu TƏSDİQ ETDİ

XARİCİ SİYASƏT 12 may 2023, 16:07
Prezident İlham Əliyev “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Demokrat.az
xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb. 

Qanuna əsasən, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top