"Heydər Əliyevin Azərbaycan xalqının qarşısında böyük xidmətləri olub" — Əli Əhmədov

GÜNDƏM 11 may 2023, 13:40
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında böyük xidmətləri olub.

Demokrat.az
xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bu il Heydər Əliyev ili elan edilib: "Hər bir xalqın tarixində onun taleyinə töhfələr vermiş şəxsiyyətlər olur. Azərbaycan tarixində belə şəxsiyyətlərdən biri Heydər Əliyevdir".

Ə. Əhmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev uzun illər Azərbaycana xidmət göstərib: "Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurarkən onun bir neçə xüsusi dəyərləri, indiki dünyanın qəbul etdiyi dəyərləri mənimsəməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Heydər Əliyev böyük müdrikliyə və təcrübəyə malik olduğundan, öz ölkəsini qurarkən demokratiya yolunu təsadüfən seçməyib. Ümummilli Liderin qarşısına qoyduğu əsas məqsədlərdən biri də Azərbaycanın beynəlxalq inteqrasiyasının təmin edilməsi idi".

Baş nazirin müavini bildirib ki, Azərbaycan BMT-nin bir sıra layihələrində yaxından iştirak edir: "Hesab edirəm ki, bütün bunlar Azərbaycanın hörmət və nüfuzunun, eləcə də iqtisadi potensialının artmasına töhfə verir. Azərbaycan son 30 ildə sürətlə inkişaf edən ölkələrdən biridir. Heydər Əliyevin müəyyənləşdirdiyi yol bu gün də Azərbaycan cəmiyyətində qəbul edilir".

O əlavə edib, bu gün Azərbaycan dinamik inkişaf edən ölkələrdəndir. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top