"Bakı Metropoliteni”nin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İNFRASTRUKTUR 10 may 2023, 19:40
Bu gün - mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC kollektivinin üzvləri və rəhbərliyi Fəxri xiyabanı ziyarət edərək, Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna dualar oxuyublar.

Demokrat.az xəbər verir ki, daha sonra bu il 100 illiyi qeyd edilən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək xatirəsini ehtiramla anıb, məzarı önünə güllər qoyulub.

"56 il əvvəl istifadəyə verilərək, Azərbaycan paytaxtının əsas ictimai sərnişindaşıma nəqliyyatı sektorunun əsas qüvvələrindən birinə çevrilmiş Bakı metropoliteninin böyüyüb inkişaf etməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

Məhz onun birbaşa rəhbərliyi və yaxından dəstəyi sayəsində metropoliten xətlərinin uzunluğu 2003-cü ildə 31,5 km-ə çatdırılıb. Həmin dövrə qədər metropoliten stansiyalarının istifadəyə verilməsinin 70 %-dən artığı məhz Ulu Öndərin adı ilə bağlıdır.

Müstəqillik illərində SSRİ dağıldıqdan sonra əsas təchizatı ölkə xaricindən olan metropolitenin nəinki infrastruktur və təsərrüfatını qoruması, hətta inkişaf yoluna qədəm qoyması da məhz Heydər Əliyevin uzaqgörən siyasətinin və şəhər nəqliyyatında metropolitenin əhəmiyyətinə verdiyi önəmin təzahürüdür", - məlumatda deyilir.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top