Ərdoğan Azərbaycanın da yer aldığı Anlaşma Memorandumunu təsdiqlədi — FOTO

XARİCİ SİYASƏT 09 may 2023, 13:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.

Demokrat.az
xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də dərc olunub.

Anlaşma Memorandumuna əsasən tərəflər bu sahədə əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaqlar.

Qeyd edək ki, müvafiq sənədi aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top