Ərdoğan seçkidən danışdı

REGİON 06 may 2023, 23:36
“Bunlar təkcə bədbəxt deyil, həm də bacarıqsızdırlar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersində keçirdiyi mitinqdə müxalifət barədə danışarkən deyib.

O, mitinq iştirakçılarına xitabən “Ölkəni bu əyləncə ittifaqına həvalə etmək olarmı?” deyə soruşub. R. T. Ərdoğan mayın 14-də keçiriləcək prezident seçkilərinə toxunaraq bildirib: “Bu seçimlər ölkəmizdə uzun müddətdir fərqli formalarda sınaqdan keçirilərək qətiyyətimizi aradan qaldıra bilməyən ssenarilərin bir daha dövriyyəyə buraxılma cəhdidir”.

Türkiyənin dövlət başçısı qeyd edib ki, müxalifət kənardan onlara verilən rolu icra edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top