Putinin sözçüsü: “Kremlə edilən hücumun sifarişçisi Ağ Ev olub”

DÜNYA 04 may 2023, 19:11
Kreml ABŞ-ı prezident Vladimir Putinin Moskvadakı iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum təşkil etməkdə ittiham edib.

Demokrat.az
xəbər verir ki, RTE-yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov açıqlama verib. 

Peskov bildirib ki, Ukraynaya məxsus dronlar tərəfindən ötən gün Kremlə edilən hücumun sifarişçisi Ağ Ev olub:

“Belə hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Zelenski yalnız ona deyilənləri icra edir”.

Dmitri Peskov deyib ki, Rusiya dövləti mayın 9-da Kreml meydanında Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar Moskvada təhlükəsizliyi gücləndirir:

“Şəhər sakinlərinin narahatçılığına heç bir əsas yoxdur. Hər şey daha da gücləndiriləcək”.

“Qələbə Günü paradına hazırlıqla bağlı artıq hər şey gücləndirilib”.

Ağ Evdən Peskovun ittihamlarına cavab gecikməyib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi MSNBC-yə deyib ki, ABŞ-ın Kremlə dron hücumu ilə bağlı heç bir əlaqəsi yoxdur:

“Peskov sadəcə orada uzanıb, ona tapşırılanları ictimaiyyətə söyləyir”.

Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top