Dünya

İşə velosipedlə gedənlərə pul veriləcək

İşə velosipedlə gedənlərə pul veriləcək

Belçikada bu gündən etibarən işə velosipedlə gedənlərə əlavə pul veriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Belçikada Milli Əmək Şurası qərar qəbul edib.

Qərara əsasən, mayın 1-dən etibarən insanlar işə velosipedlə getdikləri təqdirdə hər kilometr üçün 0,27 avro müavinət alacaqlar.

Eyni zamanda işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz.

Qeyd edək ki, yeni qanunla ölkədə velosipeddən istifadənin daha da genişləndirilməsi nəzərdə tutulur.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova