Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir

İNCƏSƏNƏT 30 apr 2023, 11:56
Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir.

Demokrat.az xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edir.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi II Fəxri xiyabana aparılaraq dəfn ediləcək.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.

Onun əvvəlcə "Qurd qapısı" qəbiristanlığında dəfn olunacağı deyilsə də, sonradan II Fəxri xiyabana dəyişdirilib.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top