Dayısına qarşı 1,4 milyonluq dələduzluq edən şəxsdən xəbər var

HADİSƏ 25 apr 2023, 11:07
Bakıda dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 27-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. 

Qeyd: Məhərrəmov Orxan Nazim oğlu dayısı Əliyev Amil Famil oğlunun 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaqı aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top