Fərid Pərdəşünas: “Tək baxmağa 40 manat verdiyim üçün mən daha çox qoyuna oxşayıram”

SOSİAL MEDİA 16 aprel 2023, 19:57
Gəlmişik Şamaxıya - Meysəri kəndinə, “Alpaca”lara baxmağa. Girişdə iki nəfərə 80 AZN ödəniş edəndən sonra özümü inandırmağa çalışıram ki, bu heyvanlar qətiyyən qoyuna oxşamır. Əks halda niyə qoyuna baxmağa görə adambaşı 40 AZN ödəyəsən axı…

Belə başa düşürəm ki, tək baxmağa 40 manat verdiyim üçün mən daha çox qoyuna oxşayıram, nəinki Alpaca. Bu arada mənə görə Alpaca-lar qoyunun baxımlı versiyalarıdır. Yəni salona zada gedib, saçların düzəltdirirlər. Əlavə olaraq Alpaca-ları ziyarət etmək üçün rezervasiya da şərtdir. Sözün açığı son zamanlar özünə bu qədər hörmət qoyan heyvan görməmişdim. 

Xidmət və şərait əla olsa da, 40 manat sadəcə Alpaca yemləmək və baxmaq üçün bahadır.

Fərid Pərdəşünas
Jurnalist və texno-bloqqer, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2025, 10:15
Top