Namiq Abbasovdan DTX-nin yeni rəisi ilə bağlı AÇIQLAMA

MARAQLI 23 iyun 2019, 14:13

"Əli Nağıyev peşəkar çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır”.


Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən deyib.


Sabiq nazir azpolitika.info-ya yazılı açıqlamasında bu barədə fikirlərini qeyd edib. 

N.Abbasov bildirib ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirir:


"Əli Nağıyev uzun müddət  Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev peşəkar çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır”.


Sabiq nazir bildirib ki, Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: 


"Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir”.


Namiq Abbasov DTX rəisinə uğurlar diləməklə yanaşı, onun vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə inandığını da ifadə edib: 


"Mən Əli Nağıyevə bu çətin və şərəfli işdə uğurlar arzu edirəm. Və hesab edirəm ki, ölkəmizin milli təhlükəsizliyi etibarlı əldədir”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top