Rusiyanın eks-deputatı: "Şükür ki, Türkiyədə faciə baş verib, zəlzələdən istifadə edib İstanbulu almalıyıq" — VİDEO

SİYASƏT 01 apr 2023, 15:39
Martın ortalarında Rusiya parlamentinin keçmiş deputatı, "Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzi"nin erməni əsilli rəhbəri Semyon Baqdasarov "Solovyev Live" verilişində Türkiyə əleyhinə sərsəm açıqlamalar verib.

O, İstanbulu "Konstantinopol" adlandırıb və Ayasofiya məscidinin üzərində xristian xaçı qoyulmasını, arami və rus dillərində ibadət edilməsinə çağırış edib. 

Özünü "Yaxın Şərq və Mərkəzi Asiya üzrə ekspert" adlandıran erməni əsilli Baqdasarov hesab edir ki, Rusiya rəsmi Ankaranın Ukraynadakı təsirini azaltmaq üçün Türkiyədə baş verən zəlzələdən istifadə etməli, daha sonra bu ölkənin özünü Orta Asiyadan və Cənubi Qafqazdan qovmalıdır. 

"Türkiyədə müəyyən qüvvələri toplayacağıq və tarixən bizə məxsus olanı öz dövlətimizə - Konstantinopola qaytaracağıq. Ayasofya üzərində xaç düzəldəcəyik və artıq insanlardan gizlədilən freskaları göstərəcəyik. İbadət arami dilində, dua isə rus dilində ola bilər. Şükür ki, Türkiyədə faciə baş verib, zəlzələdən təcili istifadə etməliyik", -  deyə Semyon Baqdasarov Solovyovun proqramında çıxış edib. 

Semyon Baqdasarovun sərsəm iddialarına görə, indi Rusiyanın qarşılaşdığı təhdidlərin əsas günahkarı Türkiyədir:

"Türkiyə Rusiyanın düşmənidir, çünki Krımın ilhaqını tanımır və Ukrayna ilə Rusiya Federasiyası arasında moderator missiyasını öz üzərinə götürüb". 

Semyon Baqdasarov Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də pisləyən təxribatçı fikirlər səsləndirib:

"Rəsmi Ankara Azərbaycanın Zəngəzur məsələsini müdafiə edərək, Ermənistanı parçalamağa çalışır. Bu layihə reallaşarsa, o zaman Ermənistanı və Rusiya Federasiyasını dəmir yolu ilə birləşdirəcək, nəticədə Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi artacaq. 

Həmçinin, Türkiyə cənub sərhədləri yaxınlığında terrorçularla mübarizə aparmaqla Suriyada iki hərbi bazası olan Rusiyanı qıcıqlandırmaq istəyir. Bütün bunlara görə, Rusiya ayıq-sayıq olmalı və türklərin hər hansı təcavüz cəhdlərinə sərt cavab verməlidir. Onlar artıq bizim təyyarəmizi vurmuşdular, sonra "Su-24" ekipajının komandirini öldürüblər. Amma biz hiyləgər türkləri buna görə cəzalandırmadıq, halbuki bunu etməli idik".

Təxribatçı Semyon Baqdasarov Rusiyanın Orta Asiya ilə bağlı siyasətini də tənqid edib.

O, 2022-ci ilin yanvarında prezident Tokayevin Rusiya qoşunlarını Qazaxıstandan çıxarmaq tələbindən narazılığını dilə gətirib.

"Qazaxıstan rəhbərliyi bəyanat verərkən nəyə ümüd edir? Biz işimizi gördük və indi bizdən ayrılmağı tələb edirlər! Onlar üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nədir? Biz 2022-ci ilin yanvarında böyük ul xərclədik və Qazaxıstanı parçalanmaqdan xilas etdik. Tokayev başa düşməlidir ki, növbəti dəfə Rusiya daha köməyə gəlməyəcək. İnanıram ki, Qazaxıstan üçün belə ağır günlər növbəti dəfə də olacaq. Əmin ola bilərsiniz", deyə — erməni Baqdasarov Qazaxıstan dövlətini hədələyib.





Semyon Baqdasarov Qazaxıstanı Türkiyə ilə hərbi kəşfiyyat sahəsində 2022-ci ilin yayında bağlanmış əməkdaşlığa görə xəyanətdə ittiham edib:

"Bu, Rusiya üçün mədəni və ya iqtisadi sahədə istənilən inteqrasiyadan daha ciddi təhdiddir. Çünki NATO üzvü olan Türkiyə ilə KTMT üzvü olan Qazaxıstan arasında hərbi sahədə razılaşma əldə olunur. 

Semyon Baqdasarov Azərbaycana qarşı xüsusi nifrətini gizlətməyib. 

O, sərsəmləyərək, Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil edilməsini təklif edib:

"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb, Azərbaycan SSR beynəlxalq hüququn obyekti olmadığına görə, o, diğər Sovyet Respublikaları kimi müstəqil deyil idi. Ona görə də Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibində olması lazımdır". 

Qeyd edək ki, Özbəkistanda doğulan erməni əsilli Semyon Baqdasarov türkçüliyə böyük nifrət bəsləməsi ilə tanınır. 




Asif Əliyev
QIRIM.News xəbər agentliyin redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top