Azərbaycanda dərman vasitələrinin istehsalına başlanılacaq

GÜNDƏM 29 mar 2023, 13:04
Azərbaycanda dərman vasitələrinin istehsalına başlanılacaq.

Demokrat.az
-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib ki, dərman istehsalı sahəsində gerilik var:

“Amma indi Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisələrinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Türkiyədən, İsraildən və başqa ölkələrdən şirkətlər burada fəaliyyət göstərəcək. Bu istiqamətdə hökumət, müvafiq qurumlar işlərə başlayıb və gələcəkdə bunun nəticələrini görəcəyik”, - deyə Ə.Əmiraslanov bildirb.

Deputat İlham Məmmədov isə bildirib ki, ölkədə dərman istehsalının hansı vəziyyət olması məsələsi müzakirə edilməlidir. “Biz insanlarımızın sağlamlığını tək idxala bağlaya bilmərik. Dərman istehsalının hüquqi bazasının yaxşılaşdırılması üçün Səhiyyə komitəsi olaraq əlimizdən gələni etməliyik”, - deyə deputat əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top