Deputat İsrailə səfərindən DANIŞDI

SİYASƏT 27 mar 2023, 17:53
"Mart ayının 28-də İsrailin Tələviv şəhərinə səfərimiz gözlənilir".

Bu barədə Demokrat.az-a Milli Məclisin deputatı Arzu Nağıyev məlumat verib.  
Deputat bildirib ki, səfərdə əsas məqsəd səfirliyin açılması ilə bağlıdır:

"Bu, mənim İsrailə ilk səfərimdir. Əlavə kimlərləsə də görüşün olması, hansısa səviyyədə görüşün keçiriləcəyi barədə hər hansı bir məlumatım yoxdur. Bilirsiz ki, İsrailin Azərbaycanda səfirliyi mövcuddur. Hesab edirəm ki, çox uğurla öz fəaliyyətini davam etdirir. İsrail Azərbaycanın yaxın dostlarından biridir. Ən ciddi məqamlardan biri odur ki, Azərbaycan İsraillə strateji tərəfdaşdır. İsrail ilə həm iqtisadi əlaqələrimiz, həm də müasir silahlarla bağlı  ciddi müqavilələrimiz var. Həm mədəni, həm mənəvi cəhətdən biz İsraillə bir-birimizə dəstək göstərən dövlətlərik. Bütün bunlar da İsraildə səfirliyimizin açılması üçün ən mühüm amillərdən biridir".

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top