Novruz bayramında Abşeron Milli Parkında bir gün — FOTOLAR

SOSİAL 25 mar 2023, 16:15
Novruz bayramı ilə əlaqədar elan olunan tətil günlərində Abşeron Milli Parkında "Kamp Əyləncəsi" adlı bir gün keçirilib. 

Milli Parkı ziyarət edən turistlərin, dəvətli qonaqların qatıldığı əyləncədə Zaqulba FM komandası iştirak edib.

Komandanın təşkilatçılığı, ziyarətçilərin iştirakı ilə canlı gitar musiqisi ifa olunaraq ocaq ətrafında maraqlı söhbətlərlə əsl kamp həyəcanı yaşanıb. Bununla yanaşı, ziyarətçilər gün batımını da izləyib.

Eyni zamanda, tədbir zamanı viktorina təşkil olunub. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ziyarətçilərə açıq havada yaddaqalan və əyləncəli istirahət yaşatmaq məqsədilə növbəti kamp əyləncəsinin may ayında təşkil olunması planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top