Papikyan yenə hərbi hissələri yoxladı

SİYASƏT 23 mart 2023, 16:38
Ermənistanın müdafiə naziri Suren Papikyan ani yoxlama ilə daha bir hərbi hissəyə baxış keçirib.

Axar.az xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Papikyan hərbi hissədə zabitlərlə söhbət edib, şikayətləri dinləyib, onlara aparılan islahatlar barədə məlumat verib.

Nazir ümumi baxış zamanı əsgər və zabitləri nizam-intizamlı olmağa çağırıb, əlverişsiz hava şəraitində və çətin relyefdə xidmət zamanı şəxsi heyətdən xüsusi ayıq-sayıqlıq tələb olunduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top