Azərbaycana əczaçılıq məhsullarının idxalı 24% artıb

SOSİAL 23 mar 2023, 14:47
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 148 milyon 277.61 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% və ya 28 mln. 770 min dollar çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 119 mln. 507.28 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 5.59%-ni təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 6.06%-nə bərabər olub.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top