Azərbaycan tərəfə keçən erməni: Maşını atıb qaçdım...

SİYASƏT 23 mar 2023, 14:07
Ötən gün qatı duman səbəbindən yolunu azaraq, Azərbaycan ərazisinə keçən erməni əsgər Martiros Gülambaryan açıqlama verib.

Axar.az xəbər verir ki, “24 Nyus”a (24News) təfərrüatı danışan Gülambaryan Akner kəndi yaxınlığında (Qaragöl ərazisi) yerləşən erməni postuna “Kamaz” maşını ilə təchizat apararkən duman səbəbindən azdığını və Azərbaycan ərazisinə keçdiyini bildirib.

O deyib ki, qarşıda Azərbaycan hərbçilərini görən kimi maşını saxlayaraq, düşüb və kiçik dərədə gizlənib. Duman onun görünməsini çətinləşdirib:

“Baxmayaraq ki, dron qaldırıldı, ancaq qar məni görünməz etdi. Mən bu yerləri tanıyıram, ona görə də maşını ataraq, öz tərəfimizə keçdim”.

Onun sözlərinə görə, maşın Azərbaycan ərazisində qalıb.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top