Oqtay Əliyev dəfn olundu

SOSİAL 23 mar 2023, 13:47
Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak edib.

Qeyd edək ki, Oqtay Əliyev martın 22-də yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Xatırladaq ki, Oqtay Əliyev təsisatçısı olduğu "SOY" pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top