“WhatsApp”a yeni funksiyalar əlavə edildi

İKT 22 mar 2023, 12:39
Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - “Whatsapp"a qrupların və icmaların idarə olunması ilə bağlı yeni funksiyalar əlavə edilib.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, yeni imkanlar sayəsində istifadəçilər tanışları ilə hansı ümumi qruplarda və icmalarda olduqlarını görə biləcəklər.

Bundan başqa, inzibatçılar icmaların idarə olunmasına dair daha çox imkan əldə edəcəklər.

Yeni funksiyaların yaxın həftələrdə aktiv olacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top