Son 2 ayda metroda daşınan sərnişinlərin sayı AÇIQLANDI

SOSİAL 20 mar 2023, 22:47
Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 33,8 milyon sərnişin daşıyıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Xatırladaq ki, Bakı metropolitenində xətlərinin uzunluğu 38,8 kilometr olmaqla, 3 xətt üzrə 26 stansiya var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyalarının sayı isə 76-ya çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top