Abşeron RPİ-yə rəis müavini təyin edildi

SOSİAL 19 mart 2023, 23:22
Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.

Demokrat.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Vüsal Axundov Abşeron RPİ rəisinin xidmət üzrə müavini təyin edilib.

Qeyd edək ki, 1 ay əvvəl polis polkovniki Musa Musayev Binəqədi RPİ-nin rəisi vəzifəsindən azad edilərək Abşeron RPİ-nin rəisi təyin edilmişdi.//Qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top