Azərbaycan Deportasiya Mərkəzinin İdarə Heyətinin üzvləri Köçəri Nağıbəyli, Eldar Namazov, Firudin Cəlilov və digərləri sabiq prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva vəfatı ilə əlaqədar başsağlığı verib.
Demokrat.az xəbər verir ki, Deportasiya Mərkəzi Həlimə xanımın vəfatından kədərləndiyini ifadə edib, Elçibəy ailəsinə və Elçibəy sevərlər dərin hüznlə başsağlığı verib.