Varlı ruslar bu 3 ölkədən ev alır — 1 ildə 1 milyardlıq əmlak alınıb (RƏQƏMLƏR)

TURİZM 03 mar 2023, 16:40
Zəngin ruslar əmlak almaq üçün əsasən BƏƏ, Türkiyə və Kiprə üz tuturlar.

Bu barədə “The Financial Times” yazır.

“Rusiyanın ən zəngin adamları Dubayda daşınmaz əmlak seçirlər. Onların bahalı avtomobilləri Polşa vasitəsilə təyyarə ilə daşınır”, – nəşr qeyd edir.

Məlumata görə, ötən il Dubayda 10 milyon dollardan çox qiymətə 219 ev satılıb ki, bu da 2021-ci illə müqayisədə iki dəfə çoxdur.

2022-ci ildə lüks daşınmaz əmlak agentliyi “Luxhabitat Sotheby’s Dubay” ruslara və MDB-dən olan immiqrantlara ümumi məbləği təxminən 1 milyard dollar olan daşınmaz əmlak satıb.

“Onlar həmişə Londona, Monakoya və ya Parisə üstünlük veriblər, çünki Avropanın bir hissəsi olmaq istəyiblər”, -Dubay daşınmaz əmlak agentliyi “Luxhabitat Sotheby’s”in icraçı direktoru Corc Azar bildirib.

O da qeyd olunur ki, Türkiyədə əcnəbilərə satılan hər dördüncü əmlakı ruslar alıb. Bir il ərzində ruslar Türkiyədən 16 312 ev alıblar. 2021-ci ildə bu rəqəm 8035 olub.

Türkiyədəki zəlzələlərdən sonra rusların Türkiyədə daşınmaz əmlaka marağı azalıb. Bir ay ərzində aktivlik 40-60 faiz azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top