"Bu gecə Əjdər Ol yuxuma girmişdi, indi soyuqda həbsdə yatır..."

ƏDƏBİYYAT 24 fev 2023, 13:33
Dünəndən bəri hava soyuyub, sərt külək əsir. Külək bu gecə daha da gücləndi. Gecə yarısı yuxudan oyanmışam. Elə hey Ədər Ol haqqında fikirləşirəm, yuxuma girmişdi. Həbsxananın adı bütün hallarda ağırdır. İndi soyuqda Əjdər Ol da həbsdədir. Dünyada səhvsiz insan yoxdur. Əjdər Ol da hansısa səhvinin cəzasını çəkir. Tezliklə azadlığına qovuşmasını arzulayıram. Amma indi məni həm də tamam başqa bir vaqeə düşündürür.

Bəxtiyar Vahabzadənin 4 misralıq şeiri yaddaşımı zəbt eləyib:
           
Gərək bilirlərsə dünyaya səni,
Böyründə, başında dost görəcəksən.
Eləki itirdin gərəkliyini,
Dünyada hər şeyi itirəcəksən.


Əjdər Ol istedadlı şair, nasirdir. Bunu heç kəs dana bilməz.Vaxtında Əjdər Ol haqqında o qədər təqdiredici yazılar yazılıb ki, "dost, tanış" sarıdan da bəxti gətirən insan olub. Sosial səbəkərdə şeirlərini böyük şövqlə o qədər əzbər söyləyənlər olub ki...

İndi Əjdər Ol həbsdədir, amma kitabları, şeirləri ki, həbsdə deyil. Əlbəttə yazdıqlarım hamıya aid deyil...Amma atalar "uman yerdən küsərlər" deyib...

Nə isə, Allah Əjdər Olun bağlı qapısını acsın. Bu gözəl şair tezliklə azadlığına qovuşsun. Yazsın, yaratsın...


Etibar Əbilov
Yazıçı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top