“İnsanlar nə qədər ləyaqətsiz olmalıdır ki, ağır faciə yaşayanları lağa qoysun” — Partiya sədri

SİYASƏT 09 fev 2023, 22:57
"Türkiyədə son 100 ilin ən dəhşətli zəlzələsi baş verdi. Bu zəlzələ öz gücünə görə 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələdə daha dəhşətlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, belə bir məqamda öz doğmalarını itirmiş insanların yanında olmaq, onlara dəstək vermək hər bir şəxsin insanlıq borcudur:

"Hətta, adi insanlar da bu faciəyə başqa cür yanaşmaq barədə düşünməməli və fəlakət yaşamış insanların dərdinə şərik olmağa çalışmalıdır. Belə bir məqamda Fransanın məşhur jurnallarından biri  baş vermiş zəlzələni zarafata salmağa çalışır və öz doğmalarını itirmiş insanları ələ salmaq yolunu seçir. Belə bir ləyaqətsizliyin indiyə kimi  baş verdiyini şəxsən xatırlamıram. Bu, Fransa cəmiyyətinin hansı vəziyyətdə olduğunun göstəricisidir.
İnsanlar nə qədər mənəviyyatsız və ləyaqətsiz olmalıdır ki, bu qədər ağır faciə yaşamış insanları ələ salmaq, lağa qoymaq yolunu seçsinlər. Bu hadisə bir daha onu göstərdi ki, Azərbaycana və Türkiyəyə düşmən mövqeyində duran dövlətlər, güclər nə qədər mənəviyyatsız , nə qədər mənəvi cəhətdən kasad insanlardır. Riyakar, cilddən-cildə girən qonşularımızın bu davranışı bizi dəhşətə gətirib və gətirməkdə də davam edir. Ancaq onların ən yaxın dostları bu məsələdə erməniləri də qabaqladılar. Tarix durduqca, bunların ləyaqətsizliyi, insanlıq əleyhinə olan cinayəti heç vaxt unudulmayacaq və unudulmamalıdır. Biz daim ayıq-sayıq olmalı və birliyimizi qorumağa çalışmalıyıq".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top