Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv olundu

REGİON 08 fev 2023, 17:34
Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verilməsi barədə qərar verib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə bu barədə yalnız “Vətəndaş Müqavilə”si fraksiyasının iştirak etdiyi qapalı səsvermədə qərar verilib.
Müxalif “Ermənistan” bloku səsverməni boykot edib.

Xatırladaq ki, Baş prokurorluq parlamentə “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyanın müdafiə naziri olduğu illərdə yol verdiyi mənimsəmə faktları ilə bağlı cinayət işi ilə bağlı müraciət etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top