Türkiyədə zəlzələ qurbanlarının sayı 8 mini keçdi — YENİLƏNİB

REGİON 08 fev 2023, 15:14

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 49133-ə yüksəlib.

11:02

Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqda davam edir.

Demokrat.az
"TRT Haber"ə istinadən xəbər verir ki, təbii fəlakət zamanı ölənlərin sayı 6234 nəfərə çatıb. 

Son məlumatlara görə, yaralı sayı 37 011 nəfərdir.

08:47

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatıb, 34 810 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top