Ukrayna Rusiyanın yeni hücumuna hazırlaşır

DÜNYA 06 fev 2023, 20:58
"Ukrayna fevral ayının sonunadək Rusiyanın yeni hücumunu gözləyir"

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın vəzifədən gedən müdafiə naziri Oleksiy Reznikov  açıqlama verib. 

Mətbuat konfransında zamanı Reznikov bildirib ki, o vaxta qədər Qərb silahlarının hamısı gəlib çatmayacaq, lakin Ukraynanın Rusiya qüvvələrini saxlamaq üçün kifayət qədər ehtiyatı var.

Qeyd edək ki, Prezident Volodimir Zelenskinin partiyasından olan ukraynalı siyasətçinin sözlərinə görə, hərbi kəşfiyyat rəisi Kirilo Budanov onun yerinə keçəcək.

Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top