
Milli Məclisin keçmiş spikeri Rəsul Quliyev Türkiyədə baş verən zəlzələdə həlak olanlara bağlı başsağlığı verib.
Başsağlılığında deyilir:
Əziz və qardaş Türkiyə böyük təbii fəlakətlə üzləşmişdir.
Qaziantepə regionunda dəhşətli zəlzələdən mindən artıq insan həlak olmuş, 10 mindən çox insan xəsarət almışdır.
Qardaş Türkiyə Cümhuriyyətinə dərin hüzunla baş sağlığı verirəm. Bir qardaş kimi mənəvi dəstəyimlə onların yanında olduğumu bəyan edirəm.
Tanrı yar və yardımçı olsun…