Sabiq rektor DSK-ya üzv seçildi

SOSİAL 06 fev 2023, 16:59
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Demokrat.az
xəbər verir ki, iclasda bəzi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Belə ki, 37 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) sədri Seymur Hüseynovun vəfat etməsi ilə əlaqədar həmin DSK-ya yeni üzv seçilib.

Yeni Azərbaycan Partiyasının DSK üzvlüyünə yeni namizədi İbrahim Cəfərov olub.

Qeyd edək ki, İ.Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq rektorudur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top