Tünzalənin serialdakı rolunu o davam etdirəcək — VİDEO

İNCƏSƏNƏT 04 fev 2023, 14:27
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın “Qaratikan” serialındakı rolunu davam etdirəcək həmkarı bəlli olub.

OLAY yazır ki, bu barədə aktrisa Sonaxanım Əliyeva “Xəbər ətər” proqramında danışıb. O bildirib ki, Tünzalənin rolunu özü davam etdirəcək:

“Bilirsiz ki, “Qaratikan” serialı yayımlanır. Orada Qaragilə obrazını Tünzalə xanımdan sonra mən davam edəcəm, bu çox ağır məsuliyyətdir. Bir səhnədən danışım, bizim ondan sonra ilk çəkilişimiz idi. Video çəkdik. İstəməzdik deyək ki, Allah rəhmət etsin. Əksinə 15 fevral ad günündə ona təbriklərimizi bildirmək istəyərdik. Mən ilk çəkilişdə onun geyindiyi paltarları geyindim. Dilarə xanım həyətə girib, məni gördü, diksinib ağladı. Dedi, elə bildim Tünzalə dayanıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top