“Whatsapp”da yeni funksiya yaradılır

SOSİAL MEDİA 04 fev 2023, 08:58
Populyar “WhatsApp” messencerində tezliklə yeni funksiya yaradılacaq.

Demokrat.az xəbər verir ki, vessencer istifadəçiləri indi mesajları sancmaq imkanı əldə edəcəklər.

Bu yeni funksiya Android cihazları üçün “WhatsApp”ın beta 2.23.3.17 versiyasında görülüb.

Yeni funksiya istifadəçilərə mətndə istədikləri məlumatı tez və asanlıqla seçməyə imkan verəcək.

Yenilik şəxsi mesajlarda və qrup çatlarında işləyəcək.

Funksiyanın kütləvi istifadəyə veriləcəyi dəqiq vaxt barədə heç nə məlum deyil. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top