Qusarın kəndlərindən gələn müraciətlər “Açıq mikrofon” aksiyasında səsləndirildi — FOTOLAR

SOSİAL 01 fev 2023, 22:55
Qusar rayonunun Xürəl və Avaran kəndlərinin, həmçinin  Hil ilə Qalacıq kəndlərində salınan yeni yaşayış massivlərinin sakinləri “Açıq mikrofon” aksiyasında bir araya gəliblər.

Sakinləri aksiyaya gətirən səbəb isə həmin ərazilərdə mavi yanacağın olmamasıdır.

“Səyyar qəbul otağı”nda həmçinin qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılması kimi müraciətlər də ünvanlanıb.

Hər bir müraciət Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top