Belçikada təyyarədə qalan 3 ayı soyuqdan ölüb

DÜNYA 30 yan 2023, 19:25
Qar və buz səbəbindən havaya qalxa bilməyən təyyarədə qalan 9 ayıdan üçü Belçikanın "Liege" beynəlxalq hava limanında ölüb.

Demokrat.az xəbər verir ki, güclü qar səbəbindən "Liege" Beynəlxalq Hava Limanında bir çox uçuşlar dayandırılıb. Perudan Qətərə gedən 9 ayının olduğu təyyarə də əlverişsiz hava şəraiti səbəbindən hava limanında qalıb.

Təyyarədən təxliyyə olunmayan ayılardan üçü soyuqdan tələf olub. Valloniyanın Ətraf Mühit Naziri Celine Tellier "biz məsuliyyətin nə olduğunu bilirik və bunun fonunda hansı tədbirlərin görülməsinə baxacağıq" deyə bildirib.

Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top