Mübariz Qurbanlı: “Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisəni qınayırıq”

GÜNDƏM 30 yan 2023, 17:33
“Tehrandakı Azərbaycan səfirliyində baş verən hadisəni qınayırıq. Bu bir cinayətdir, terror aktıdır”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu cinayətə görə İran hökuməti məsuliyyət daşıyır:

“Mən əminəm ki, Azərbaycanın tələbləri, İran hökumətinin bu cinayəti törətdiyinə dair faktların ortada olması, cinayətkarların cəzalandırılmasına gətirib çıxarmalıdır. Biz buna əminik. Azərbaycanın dini cameəsi, eləcə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi də bu cinayəti qətiyyətlə pisləyir”.//oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top