Danimarka səfiri Türkiyə XİN-ə çağırılıb

REGİON 27 yan 2023, 23:11
Danimarkada "Qurani-Kərim"ə qarşı hücuma icazə verilməsi qarşılığında Danimarkanın Ankaradakı səfiri Denni Annan Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokrat.az
Türkiyə mediasına istinadla xəbər verir ki, səfirə "Quran"ı yandırılması ilə həyata keçirilən çirkin hücuma icazə verilməsinin gözlənilməz olduğu çatdırılıb.

Nazirlikdə olduğu müddətdə səfirə açıq nifrət cinayəti olan sözügedən təxribatçı hərəkətə icazə verilməsi ən sərt şəkildə qınanılıb. 

Həmçinin, Danimarkanın bu əmələ rəftarının qəbuledilməz olduğu vurğulanıb. Belə bir hərəkətə icazə verilməsinin təəssüf doğurduğu deyilib.

Digər tərəfdən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha ilə Qurani-Kərimə hücumlarla bağlı telefon danışığı aparıb. Telefon danışığında "Quran"a hücumlar və İslam dünyasının bu hücumlara reaksiyaları müzakirə edilib.

Qeyd edək ki, yanvarın 21-də İsveçdə Türkiyənin səfirliyi qarşısında "Quran"ı yandıran Danimarkanın ifrat sağçı Sıx İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludan eyni təxribatı Danimarkanın paytaxtı Kopenhagendə həyata keçirmişdi.

Aysun
Demokrat.az





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top