Xarici siyasət

Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycana səfəri yekunlaşdı

Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycana səfəri yekunlaşdı

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərini yekunlaşdırıb.

Demokrat.az xəbər verir ki, Xavyer Kolomina bu barədə “Twitter“ paylaşımında qeyd edib.

“Azərbaycanın 1990-cı il Qanlı Yanvar hadisələrini yad etdiyi gün Bakıya üçüncü səfərimi yekunlaşdırıram. Xarici işlər naziri Ceyhun Bayramovla NATO ilə əməkdaşlığı, Laçın dəhlizində vəziyyəti, o cümlədən humanitar məsələləri və regional sabitliyi müzakirə etdik. Danışıqlara və normallaşma prosesinə davam etmək əsasdır”, - Xavyer Kolomina qeyd edib.

D
demokrat.az