“Təcrübəsiz vaxtlarımda “Azercell” balansımdan kifayət qədər məbləğ silib” — Partiya sədri

SOSİAL 17 yan 2023, 23:23
“Təxminən 20 ildir “Azercell” nömrəsi işlədirəm. Təcrübəsiz vaxtlarımda “Azercell”in balansımdan kifayət qədər məbləğ silməsiylə rastlaşmışam. Adətən xarici ölkələrə səfər edən zaman balasımdan kifayət qədər məbləğ silinib”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. 
Partiya sədri bildirib ki, xarici ölkəyə səfər zamanı rominq xidmətindən istifadə etdikdə, bir meqabaytın qiyməti çox yüksək hesablanır:

“Bir dəfə xarici səfər etdikdə internet daha yüksək tariflə hesablanmışdı. Bunu Azercell-lə araşdırdıqdan sonra informasiyasızlığımın qurbanı olduğunu öyrənmişəm. Xarici ölkələrə gedəndə internet düyməsini bağlayıb, rominq xidmətini aktivləşdirmişəm. Hər hansı xoşagəlməz halla rastlaşmamışam. “Azercell”ə əlaqə saxlayıb detalları öyrəndikdən sonra bu hallar bir daha təkrarlanmır”. 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top