“Vətəndaşların qeydiyyata alınması bir sıra problemlərə səbəb olacaq”

SOSİAL 17 yan 2023, 17:35
"Əgər hər hansı vətəndaş uzunmüddətli yerini dəyişirsə, yaşadığı yer üzrə qeydiyyata düşməlidir. Xüsusilə də, bu regionlardan paytaxtımıza gələn vətəndaşlarla bağlıdır".

 Bu fikirləri Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində 60 gündən artıq müvəqqəti yaşayan vətəndaşların qeydiyyata alınması ilə bağlı prosedurlara izah edərkən deyib.  Ekspert bildirib ki, bu vətəndaşların seçki hüquqlarından, sağlamlıq hüquqlarından yaralana bilməsi üçün atılan addımdır:

"Çünki vətəndaşlar qeydiyyata düşmədikdə bu  problemlərlə qarşılaşırlar. Qeyd edim ki, ən çox regionda gələn vətəndaşlar Bakıda kirayədə yaşayırlar. Onlar kirayə tutduqları üzrə qeydiyyata düşmək istəsələr də, ev sahibi buna etiraz edir. Çünki əgər həmin  evə qeydiyyata düşərsə, vətəndaşın qeydiyyatdan çıxarılması yalnız məhkəmə vasitəsilə həyata keçirilməlidir. Yəni, vətəndaşın öz arzusuyla gedib çıxması mümkün olmur. Yalnız ev sahibi yenidən məhkəməyə müraciət etməli və onu oradan qeydiyyatdan çıxarmalıdır. Bu da xeyli vaxt, artıq vəsait səbəb olduqları üçün ev sahibləri bununla razılaşmırlar. Ev sahibi o evini satmaq istəyərsə, notarial tərəfdən o evdə qeydiyyatda olanların razılığı tələb olunur. Bu səbəbə görə də, ev sahibləri regiondan gələn vətəndaşları qeydiyyata salınmasına etiraz edirlər. DİN məlumatında bildirilir ki, 60 gün müddətində bu məsələ həllini tapmazsa cərimələnə bilər. Hesab edirəm ki, qeydiyyatla bağlı qanunvericilik məsələləri təkmilləşməlidir. Əks halda bu yenə də formal olaraq kağız üzərində qalacaq. Əgər mülkiyyətçinin adına olan ev istənilən zaman müıkiyyətçinin öz iradəsiylə satışı mümkün olarsa, bu həllini tapa  bilər. Bu qayda hələki qüvvədə olduğu zaman bunun həyata keçirilməsi mümkün olmayacaq".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top