“Vasif Talıbovun işdən çıxarılmağına baxmayaraq, adamlar qorxa-qorxa danışırlar” — Partiya sədri

GÜNDƏM 16 yan 2023, 15:58
“Vasif Talıbovla bağlı məsələlər elə onun hakimiyyətin ilk günlərindən hökumətə də bəlli idi. Siyasi partiyaların liderlərinə divan tutulması, təhqir edilməsi, siyasi partiyaların fəaliyyətinin məhdudlaşması, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hakimiyyət nümayəndələri tərəfindən fiziki təzyiqə məruz qalması, qadın jurnalistlərin döyülməsi, təhqir olunması, alçaldılması və s. bütün bunlar hamısı beynəxalq hesabatlarda da qeyd olunmuşdu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, sadəcə olaraq Azərbaycan hakimiyyəti vaxtında Naxçıvanda olan hadisələrə heç bir müdaxilə etmədi:

“Naxçıvan camaatında belə təsərrüat yarandı ki,  Azərbaycan hakimiyyətinə hər hansı bir faktla məlumat verməyin heç bir mənası yoxdur. Azərbaycan hakimiyyət orqanlarına müraciət edib, öz hüquqlarını bərpa etmək mümkün deyil. Bu baxımdan, Naxçıvanda uzun illər qanunsuzluqlarla bağlı həm kütləvi informasiya vasitələrində, həm də partiyaların bəyanatlarında məlumat gedib. Sadəcə, Azərbaycan hakimiyyət orqanları Naxçıvanda baş verən qeyri-qanuni hərəkətlərə qarşı heç bir mövqe nümayiş etdirməyib. 5-6 ildən sonra əhali Naxçıvanda baş verənlər barədə, oradakı qanun pozuntuları ilə bağlı ümumiyyətlə hər hansı bir məlumat vermədilər. Bu gün Vasif Talıbov işdən çıxarılmağına baxmayaraq, onun dövründə baş verən qanun pozuntuları ilə bağlı adamlar həddən artıq qorxa-qorxa danışırlar və ehtiyatlı mövqe tuturlar. Bu da uzunmüddət Naxçıvanda repressiv rejimin mövcud olmasıyla bağlıdır”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top